BK HAQQINDA

İLK NÖVBƏDƏ ƏLA YEMƏK

Bütün dünyada hər gün BURGER KİNG restoranlarını on bir milyondan çox insan ziyarət edir. Bu heç də təəccüblü deyil: axı restoranlarımız məxsusi yeməklərin dadı, qiymət və keyfiyyətin ən gözəl nisbəti ilə tanınır. 1954-cü ildə təsis edilən BURGER KİNG dünyada hamburgerlərin hazırlanmasında ixtisaslaşan sürətli qidalanma restoranı şəbəkələri arasında ölçülərinə görə ikinci yeri tutur. Orijinal “Vopper” burgeri, yüksək keyfiyyətli inqrediyentlər, məxsusi reseptlər və bütün ailə üçün rahat bir yer - bütün bunlar 50 ildən çox davam edən uğurlu fəaliyyət ərzində brendimizin fərqli xüsusiyyətidir.